Filipe Koutinyo Braziliyaya qayıdır

"Aston Villa"nın futbolçusu Filipe Koutinyo karyerasını ölkəsində davam etdirəcək.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, 32 yaşlı futbolçu yetirməsi olduğu "Vasko da Qama" klubu ilə razılıq əldə edib.

Koutinyo 2023/2024 mövsümünü icarə əsasında "Əl-Duhail" klubunda keçirmişdi.

Qeyd edək ki, İngiltərə klubu ilə 2026-cı ilə qədər müqaviləsi olan braziliyalı yarımmüdafiəçi ötən mövsüm Qətər çempionatında 22 oyunda 7 qol və 3 asistlə diqqət çəkib.