Finlandiya və Xorvatiyaya qarşı bu heyət çıxacaq

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Sumqayıtdakı Kapital Bank Arenada Finlandiya, oktyabrın 12-də isə Xorvatiya ilə  ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, heyətə bu futbolçular dəvət edilib.

Qapıçılar: Nicat Mehbalıyev, Rüstəm Samiqullin (Sabah), Əkbər Vəliyev (Keşlə)

Müdafiəçilər: Rauf Hüseynli (Zirə), Arsen Ağcabəyov (Sabah), Cəlal Hüseynov (Zirə), Elçin Mustafayev (Keşlə), Nihad Qurbanlı (Neftçi), Samet Karakoç (Bayrampaşaspor, Türkiyə), Süleyman Damadayev (Qəbələ), Nihad Quliyev (Qarabağ)

Yarımmüdafiəçilər: Səbuhi Abdullazadə (Sumqayıt), Asim Əlizadə (Neftçi), Ədilxan Qarəhmədov (Səbail), Vüsal Əsgərov (Neftçi), İsmayıl Zülfüqarlı (Neftçi), Camal Cəfərov (Sabah), Turan Vəlizadə (Keşlə), Rüfət Abdullazadə (Sumqayıt), Ramin Əhmədov (Zirə), İldar Ələkbərov (Sabah)

Hücumçular: Mustafa Yıldırım (Pazarspor, Türkiyə), Musa Qurbanlı (Qarabağ)