"Fiorentina" yeni transferini açıqladı

"Fiorentina" klubu yeni transferini rəsmi olaraq açıqlayıb.

Sportline.az xəbər verir ki, "Bolonya"nın 23 yaşlı futbolçusu Ciovanni Fabbian icarə əsasında "Fiorentina" klubuna keçib.

İtaliya U-21 millisinin üzvü bu mövsüm meydana çıxdığı 21 matçda 2 qolla yadda qalıb.

Qeyd edək ki, sözügedən oyunçunun dəyəri 10 milyon avrodur.