"Fluminense"dən İkardi həmləsi

"Fluminense" İkardini heyətinə qatmaqda israrlıdır.

Sportline.az xəbər verir ki, bu haqda "Geglobo" nəşri məlumat yayıb.

32 yaşlı forvardın İstanbul klubu ilə sözləşməsi mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, İkardi cari mövsüm meydana çıxdığı 30 matçda 11 qol, 2 asistlə yadda qalıb.