Fonsekanın son şansı
Yeni mövsümə uğursuz start verən “Milan”da klubdaxili ixtişaşın olduğu bildirilir.
Sportline.az “Corriere dello Sport” saytına istinadən xəbər verir ki, həftəsonu baş tutacaq Milan derbisində alınacaq məğlubiyyət baş məşqçi Paulo Fonsekanın işindən azad olmasına gətirib çıxaracaq.
Mövsümün əvvəlində Paulo Fonsekanı baş məşqçi təyin edən "Milan" liqada keçirdiyi 4 matçda iki heç-heçə, bir məğlubiyyətdən savayı cəmi bir qələbə qazanıb.
Çempionlar Liqasının ilk həftəsində evdə "Liverpul"a da 1:3 hesabı ilə uduzan İtaliya nəhəngində portuqaliyalı məşqçinin kreslosu laxlamaqdadır.
Qeyd edək ki, “Milan” İtaliya A Seriyasında 5 xalla 10-cu pillədə qərarlaşır.