"Formula 1": "Red Bull" yeni bolidini təqdim etdi
"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Red Bull" komandası yeni mövsüm üçün bolidini təqdim edib.
Sportline.az komandanın rəsmi tvitter hesabına istinadən xəbər verir ki, bolidə RB16B adı verilib.
Avtomobil xarici görünüşünə görə sələfindən çox da fərqlənmir.
Qeyd edək ki, "Formula 1"də 2021 mövsümü 26 - 28 martda Bəhreyn Qran-prisi ilə start götürəcək. Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir.