Fransa - İspaniya oyununun ən yaxşısı açıqlandı

DÇ-2026-da Fransa və İspaniya yığmaları arasında keçirilən 1/2 final matçının ən yaxşı oyunçusu bəlli olub.

Sportline.az FİFA-nın saytına xəbər verir ki, İspaniya millisinin müdafiəçisi Pedro Porro oyunun ən yaxşısı adına layiq görülüb.

O, 2:0 hesabı ilə qalib gəldikləri matçda komandasının 2-ci qolunu vurub.

Qeyd edək ki, İspaniya millisi iyulun 19-da keçiriləcək finalda İngiltərə - Argentina cütünün qalibi ilə qarşılaşacaq.

Banner