Fransalı qardaşlar tarixə düşdülər
Fransa millisinin üzvləri Lukas Hernandes və Teo Hernandes qardaşları yığmanın tarixinə düşüb.
Sportline.az xəbər verir ki, bu barədə UEFA Millətlər Liqasının Tvitter hesabı paylaşım edib. Lukas və Teo Fransa millisinin Millətlər Liqasında Belçikaya qarşı keçirdiyi oyunda əsas heyətdə yer alıblar.
Müdafiəçilər 1974-cü ildən sonra Fransa millisiylə əsas heyətdə matça çıxan ilk qardaşlar olub. Daha əvvəl – 1974-cü ildə Jan Loren və Lyusen Loren Fransa yığması ilə bir matçda əsas heyətdə yer almışdılar.
Xatırladaq ki, Belçika ilə oyunda (3:2) Fransanın qələbə qolunu Teo Hernandes vurub.