Fransanın sabiq prezidenti Mbappe haqqında danışıb

Fransanın keçmiş prezidenti Nikola Sarkozi Kilyan Mbappe haqqında fikirlərini bildirib.

Sportline.az L'Equipe nəşrinə istinadla xəbər verir ki, Sarkozi öz ifadələrinə bu fikirləri səsləndirib.

"PSJ erası, şübhəsiz ki, beynəlxalq brend baxımından imic yaratmaq üçün lazım idi. Mən İbrahimoviç, Neymar, Messi, Bekhem, Mbappenin burada oynamağının sevincini heç vaxt unutmayacağam. Bu, qeyri-adi idi. Yəqin ki, insanlara bu komandanı xatırlatmağın vaxtı gəldi. Oyun bir oyunçunun keyfiyyətindən daha vacibdir. Hazırkı baş məşqçinin fəlsəfəsi məhz budur. Kylian kluba yeddi ilini verdi. Bunu unutmaq olmaz. O, bizə qeyri-adi emosiyalar bəxş etdi. Onun ayrılmaq istəməsini başa düşürəm. Mən onun arzusunu anlayıram" deyə Sarkozi bildirib.

Qeyd edək ki, Mbappe bu yay azad agent kimi PSJ-dən “Real Madrid” klubuna transfer olub.