"Fulhem"in futbolçusu "Çelsi"nin radarındadır
"Çelsi" "Fulhem"in hücumameyilli yarımmüdafiəçisi Andreas Pereyranı Meyson Mauntun əvəzləyicisi kimi görür.
Sportline.az xəbər verir ki, Mountun müqaviləsi 2024-cü ildə başa çatacaq və futbolçu böyük ehtimalla bu yay klubunu tərk edəcək.
Pereyra 25-35 milyon funt sterlinq arasında qiymətləndirilir.