Futbol ulduzunun koronavirus testinin cavabı açıqlandı

PSJ-nin hücumçusu Kilian Mbappe boğaz infeksiyası səbəbindən son iki məşqə qatılmayıb.
 
Sportline.az xəbər verir ki, fransalı futbolçu bununla əlaqədar koronavirus testindən keçib. "L’Equipe" nəşrinin məlumatına görə, testin nəticəsi neqativ olub.
 
PSJ-nin baş məşqçisi Tomas Tuhel, onun angina olduğunu bildirib. Mbappenin bu gün Çempionlar Liqasının 1/8 final mərhələsində, Dortmund "Borussiya"sı ilə oyunda iştirakı sual altındadır.