Futbolçularımızın komandaları Türkiyədə kubok matçına çıxır
Türkiyə Kubokunda 3-cü mərhələnin oyunları keçirilir.
Sportline.az xəbər verir ki, millimizin üzvü Namiq Ələsgərovun çıxış etdiyi "Bursaspor" bu gün "Ceyhanspor"u qəbul edəcək.
Bursalıların rəqibi 3-cü Liqa təmsilçisidir. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Digər azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Keçiörengücü" isə "Ağrı 1970 Spor"u qəbul edəcək. Bu oyun Bakı vaxtilə saat 14:30-da başlayacaq.