Futbolçumuz 1 xala sevindi

Niderland birinci divizionunda 29-cu turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, millimizin üzvü Ozan Can Kökçünün də formasını geyindiyi "Eyndhoven" səfərdə  "AZ Alkmaar"ın gənclərdən ibarət komandası ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə yekunlaşıb.

Kökçü meydana 56-cı dəqiqədə çıxıb və sonadək oynayıb.

Qeyd edək ki, "Eyndhoven" hazırda 47 xalla 6-cı pillədədir.

"AZ Alkmaar" (gənclər) - "Eyndhoven" - 1:1

Qollar: Daal, 73 - Dalhaus, 90