Futbolçumuz 2 dəqiqə oynadı, komandası qalib gəldi

Ukrayna Premyer Liqasında 8-ci turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin formasını geyindiyi “Kolos” səfərdə “İnhulets”lə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 2:0.

Nuriyev də bu görüşün iştirakçısı olub. O, 90+3-cü dəqiqədə meydana buraxılıb.

Qeyd edək ki, “Kolos” 8 turdan sonra 8 xalla 16 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Komandanın ehtiyatda da bir oyunu var.

Videoicmala aşağıdakı linkə daxil olaraq "yutub"dan baxa bilərsiniz.