Futbolçumuz "Şalke"nın əsas komandasında debüt etdi
Millimizin sabiq üzvü Rüfət Dadaşov "Şalke"nin əsas komandasında debüt edib.
Sportline.az xəbər verir ki, komandanın bir sıra aparıcı futbolçusu sıradan çıxdığından baş məşqçi Dimitrios Qrammozis 2-ci Bundesliqanın 16-cı turunda "Sankt-Pauli" ilə oyunda əvezidici komandada çıxış edən Dadaşovu start heyətdə meyana buraxıb. 30 yaşlı forvard 81-ci dəqiqədə əvəzlənib. "Şalke" səfər matçında 1:2 hesabı ilə məğlub olub.
"Sankt-Pauli" - "Şalke" - 2:1
Qollar: Burqstaller, 20, 39 - Zalazar, 75
Hazırda "Sankt-Pauli" 35 xalla 1-ci, "Şalke" 26 xalla 7-ci pillədə qərarlaşıb.