Futbolçumuz Türkiyədə debüt etdi

Futbol üzrə Türkiyə 1-ci liqasında 2021/22 mövsümünə start verilib.

Sportline.az xəbər verir ki, Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də yeni mövsümdə ilk matçına çıxıb.

Doğma meydanda “Altınordu” ilə qarşılaşan komanda oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Vüsal start heyətdə meydana çıxıb və 63-cü dəqiqədə əvəzlənib.