Futbolçumuzun komandası 1/8 finalda
Millimizin futbolçusu Anton Krivotsyukun formasını geyindiyi “Daejeon” Cənubi Koreya kubokunda 1/16 final oyununa çıxıb.
Sportline.az xəbər verir ki, komanda doğma meydanda “Geoje” ilə qarşılaşıb və 4:1 hesabı ilə qalib gəlib.
“Daejeon” - “Geoje” - 4:1
Qollar: Lee, 7 (1:0), Hvan, 30 (1:1), Lee, 62 (2:1), Byeon, 67 (3:1), Yoo, 90+4 (4:1)
Bu qələbə ilə "Daejeon" 1/8 finala yüksəlib. A.Krivotsyuk sözügedən qarşılaşmada start heyətdə meydana çıxıb və sonadək oynayıb.