Futbolçumuzun komandası "Dinamo"ya uduzdu

Ukrayna Premyer Liqasında 16-cı tura start verilib.

Sportline.az xəbər verir ki,  millimizin üzvü Rüstəm Əhmədzadənin çıxış etdiyi “Minay” bu turda Kiyev "Dinamo"sunu qəbul edib və 0:2 hesabı ilə uduzub.

R.Əhmədzadə start heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Dinamo" 41 xalla 1-ci, "Minay" 10 xalla 14-cüdür.