Futbolçumuzun komandası məğlub oldu
Niderland birinci divizionunda 34-cü turun oyunları keçirilir.
Sportline.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” doğma meydanda "Breda" ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub.
"Eyndhoven" - "Breda" - 1:2
Qollar: Kestense, 20 (1:0), Omarsson, 41 (1:1), der Sande, 48-pen. (1:2)
Qırmızı vərəqə: Ogenia, 90 ("Eyndhoven")
Ozan da bu matçın iştirakçısı olub. O, 78-ci dəqiqədə meydana çıxıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, “Eyndhoven” hazırda 51 xalla 20 komanda arasında 8-ci pillədə qərarlaşıb.