Futbolçumuzun komandası məğlub oldu
İsveçrə Superliqasında 27-ci tura yekun vurulub.
Sportline.az xəbər verir ki, milli komandamızın üzvü Renat Dadaşovun çıxış etdiyi "Qrasshopper" səfərdə lider "Yanq Boyz"la qarşılaşıb və 0:2 hesabı ilə uduzub.
"Yanq Boyz" - "Qrasshopper" - 2:0
Qollar: Zesiger, 73, Nsame, 89
R.Dadaşov start heyətdə meydana daxil olub və 86-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Yanq Boyz" 57 xalla 1-ci, "Qrasshopper" 34 xalla 7-ci pillədə qərarlaşıb.