Futbolçumuzun komandasına 4 qol vurdular
Çexiya 2-ci divizionunda 7-ci turun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Vişkov”la qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb – 1:4.
Fərid Nəbiyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.
“Qeyd edək ki, "Viktoriya” 7 turdan sonra 7 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.