Futbolçumuzun qardaşı "Benfika"ya keçə bilər
“Feyenoord”un və Türkiyə millisinin futbolçusu Orkun Kökçü karyerasını Portuqaliyada davam etdirə bilər.
Sportline.az xəbər verir ki, “Benfika” 22 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Portuqaliya təmsilçisi Orkun üçün 35 milyon avroluq təklif göndərməyə hazırlaşır.
Kökçü ilə İngiltərə klubları da maraqlanır. “Lester”, “Vest Hem”, “Brayton”, “Mançester Yunayted”, “Brentford” kimi komandaların skautları Orkunu yaxından izləyir.
Kökçü bu mövsüm 37 oyunda 12 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Orkun Azərbaycan yığmasının üzvü Ozan Can Kökçünün qardaşıdır.