Futbolçunu vuran hakim cəzalandırıldı

Ötən gün İngiltərə Premyer Liqasının “Liverpul” “Arsenal” oyununda xoşagəlməz hal yaşanıb.

Sportline.az xəbər verir ki, köməkçi hakim Konstantin Hatzidakis, “Liverpul”un oyunçusu Endi Robertsona dirsəklə zərbə endirib.

İngiltərə Futbol Federasiyası köməkçi hakimi bir müddətlik oyunlardan kənarlaşdırıb.