Futbolçunu vuran hakim diskvalifikasiya olundu

Meksika çempionatının XIII turunda keçirilən “Amerika” – “Leon” oyununda qonaq komandanın futbolçusunu dizi ilə vuran FIFA referisi Fernando Ernandes Qomes diskvalifikasiya olunub.

Sportline.az xəbər verir ki, Meksika Futbol Federasiyasının İntizam Komissiyası hakimə 12 oyunluq cəza verib.

Qərarda bildirilib ki, Qomes futbolçuya qarşı kobud hərəkət edərək, federasiyanın Sanksiyalar Qaydalarının 30-cu maddəsini pozduğu üçün belə bir cəzaya məruz qalıb.

Qeyd edək ki, 2:2 hesabı ilə başa çatan matçın 65-ci dəqiqəsində Fernando Ernandes Qomes ona etiraz edən “Leon”un oyunçusu Lukas Romeronun qasıq nahiyəsinə dizi ilə vurub.