Futbolçunu vuran hakim üzr istədi

Premyer Liqanın XXX turunda baş tutan "Liverpul" - "Arsenal" oyununda meydan sahiblərinin futbolçusu Endi Robertsonu dirsəklə vuran yan xətt hakimi Konstantin Hatsidakis üzr istəyib.

Sportline.az xəbər verir ki, hakim bunu bilərəkdən etmədiyini bildirib.

Konstantinə Robertsonu vurduğu üçün intizam işi açılmışdı. Referinin üzr istəməsindən sonra iş bağlanıb.

"Liverpul" - "Arsenal" oyunu qollu bərabərliklə başa çatıb - 2:2.

Banner