Gecənin maraqla gözlənilən matçına itkilərlə

Bu gün Avropa Liqası turnirində 1/8 final mərhələsinin cavab oyunları keçiriləcək.

Sportline.az xəbər verir ki, maraqla gözlənilən görüşlərdən birində "Arsenal" "Sportlinq"i qəbul edəcək.

Səfərdən 2-2 hesablı nəticə ilə dönən "topçular" "Sportinq"i Londondan əliboş yola salmaq əzmindədirlər.

Cavab oyununda Elneni və Nkeyta zədə üzündən meydan sahiblərinə kömək edə bilməyəcək.

"Sportinq"də isə Bellerin, Braqansa, Morita zədədən əziyyət çəkir.

Oyun Bakı vaxtı ilə 00:00-da başlanacaq.