Gəncə stadionunda qürurlu görüntü

"Kəpəz" klubu "Neftçi" ilə Azərbaycan Premyer Liqasının X tur oyununda anlamlı jest edib.

Sportline.az xəbər verir ki, Gəncə şəhər stadionundakı tribunaların birində Vətən müharibəsi şəhidlərinin fotoları, həmçinin Azərbaycan və Türkiyə bayraqları yer alıb.

Bundan əlavə, komandalar meydana şəhid övladları ilə çıxıblar.

Qarşılaşmada topa ilk toxunuşu Vətən müharibəsi vaxtı ermənilərin Gəncəyə raket hücumu nəticəsində hər iki valideynini itirmiş Hüseyn Əliyev edib.

Banner