Gərgin keçən matçda “Yuventus” qələbə qazandı

İtaliya A Seriyasının 8-ci turunun görüşləri davam edir.

Sportline.az xəbər verir ki, günün son matçında “Yuventus” evdə “Latsio” ilə qarşılaşıb. Görüş “qoca sinyora”nın minimal hesablı qələbəsi ilə başa çatıb.

Qol: Mario Gila (ö.q)

“Latsio”nun 29 yaşlı italiya futbolçusu Alessio Romanyoli 24-cü dəqiqədə qırmızı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, “Yuventus” 16 xalla 2-ci, “Latsio” isə 13 xalla 5-ci pillədə qərarlaşır.