Gimnastlar "Qarabağ"ı dəstəklədilər
Çempionlar Liqasının III təsnifat mərhələsində çıxış edən “Qarabağ”ın Çexiya “Viktoriya”sı ilə qarşılaşması digər idman növləri üzrə federasiyaların da diqqət mərkəzindədi. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyası da Qurban Qurbanovun yetirmələrinə dəstək olmağa qərar verib.
Bu məqsədlə dəstək videoçarxı hazırlanıb. Klub isə öz növbəsində federasiya rəhbərliyinə bu addıma görə təşəkkür edib.