Gimnastlarımız “Alem Cup” turnirində

Azərbaycan bədii gimnastları Ayan Sadıqova və Dəniz Abdullazadə Qazaxıstanın Astana şəhərində keçiriləcək “Alem Cup” beynəlxalq turnirinə qatılacaqlar.

Sportline.az xəbər verir ki, onlar yarışda məşqçi Leqka Darya rəhbərliyi ilə mübarizə aparacaqlar.

Turnirdə beynəlxalq dərəcəli hakim Aliyə Paşayeva Azərbaycanı təmsil edəcək.