Gökan İnler məşhur klubda

Məşhur türk futbolçu Gökan İnler karyerasını İtaliyada davam etdirəcək.

Sportline.az fanatik.com.tr-yə istinadla xəbər verir ki, o, "Udineze"nin idman direktoru təyin olunub.

Udine təmsilçisi bunu rəsmən təsdiqləyib.

Qeyd edək ki, Gökan İnler 2007-2011-ci illərdə sözügdən klubun formasını geyinib. 

O, "Udineze" ilə yanaşı "Bazel", "Napoli", "Lester" və "Beşiktaş" kimi klubların da şərəfini qoruyub.