"Golden Boy" mükafatının sahibi müəyyənləşdi

“Golden Boy” mükafatının sahibi bəlli olub.

Sportline.az xəbər verir ki, ən yaxşı gənc oyunçu üçün təsis olunan mükafata "Barselona"nın futbolçusu Pedri layiq görülüb.

“Tuttosport” nəşri İspaniya millisinin də üzvü olan 18 yaşlı yarımmüdafiəçini Avropanın 21 yaşadək olan ən yaxşı oyunçusu seçib. Mükafatlandırma mərasimi dekabrın 15-də Turində təşkil olunacaq.

Qeyd edək ki, ötən il mükafata Dortmund “Borussiya”sının və Norveç millisinin üzvü Erlinq Haaland layiq görülüb.