Güləş federasiyasına yeni baş katib təyin olundu

Azərbaycan Güləş Federasiyasına yeni baş katib təyin olunub.

Federasiyanın mətbuat xidmətindən Sportline.az saytına verilən məlumata görə, bu vəzifə Nəsimi Musayevə tapşırılıb.

O, yeni vəzifədə Orxan Məmmədovu əvəzləyib.

Qeyd edək ki, Nəsimi Musayev son 4 ildə Azərbaycan Badminton Federasiyasının baş katibi vəzifəsində çalışıb.