Güləş üzrə Avropa çempionumuz vəfat etdi

Azərbaycanın veteran sərbəst güləşçisi, beynəlxalq dərəcəli idman ustası Nağı Quliyev vəfat edib.

Sportline.az xəbər verir ki, 73 yaşında dünyasını dəyişən Quliyev 1995 - 1998-ci illərdə MOİK-in rəisi vəzifəsində çalışıb.

O, dəfələrlə SSRİ çempionatının mükafatçısı, müxtəlif beynəlxalq turnirlərin medalçısı və Avropa çempionu olub.

Allah rəhmət eləsin!