Güləşçilərimiz Avropa çempionatının finalında

Üç sərbəst güləşçimiz Avropa çempionatının finalına yüksəlib.

Sportline.az xəbər verir ki, bunlar Hacı Əliyev (65 kq), Ağahüseyn Mustafayev (70 kq) və Cəbrayıl Həsənovdur (79 kq).

Əliyev finalda türkiyəli Selahəttin Kılıcsallayanla, Mustafayev eyni ölkənin güləşçisi Mustafa Kaya ilə üz-üzə gələcək. Həsənov isə Rusiya təmsilçisi Ahmed Hacımaqomedovla güləşəcək. 57 kq çəki dərəcəsindəki Mahir Əmiraslanov isə təsəlliverici görüşdə qüvvəsini sınayacaq. Onun rəqibi fransalı Zuheyir Əl Oraj olacaq.

Qeyd edək ki, final görüşləri sabah keçiriləcək. Avropa çempionatına aprelin 14-də yekun vurulacaq. Yarışa Azərbaycanın, ümumilikdə, 28 idmançısı qatılıb.



57 kq

Təsəlliverici görüş - Mahir Əmiraslanov - Zuheyir Əl Oraj (FRA)

1/4 final -  Mahir Əmiraslanov - Süleyman Atlı (Türkiyə) - 3:6
1/8 final - Mahir Əmiraslanov - Aleksandru Kirtoaka (Rumıniya)

65 kq

Final: Hacı Əliyev - Selahəttin Kılıcsallayan (Türkiyə) 

1/2 final - Hacı Əliyev - Maksim Sakultan (Moldova) - 12:2 

1/4 final - Hacı Əliyev - Naçin Kuular (Rusiya) - 5:3 

1/8 final - Hacı Əliyev - Vazgen Tevanyan (Ermənistan) - 1:0 
Təsnifat - Hacı Əliyev - Hüseyn Şaxbanov (Belarus) - 7:2 

70 kq

FİNAL - Ağahüseyn Mustafayev - Mustafa Kaya (TUR)

1/2 final - Ağahüseyn Mustafayev - Nikolae Koyokaru (Almaniya)

1/4 final Ağahüseyn Mustafayev - Devid Safaryan (Ermənistan) - 12:6
Təsnifat - Ağahüseyn Mustafayev - Məhəmmədrəsul Qazıməhəmmədov (Rusiya) - 5:3 

79 kq

FİNAL -  Cəbrayıl Həsənov - Ahmed Hacımaqomedov

1/2 final. Cəbrayıl Həsənov - Andrey Karpaç (Belarus) 

1/4 final - Cəbrayıl Həsənov - Franko Mario Buettner (Almaniya) - 6:5 
Təsnifat - Cəbrayıl Həsənov - Nika Kentçadze (Gürcüstan) - 6:5

97 kq
1/8 final - Nurməhəmməd Hacıyev - Abdulrəşid Sadullayev (Rusiya) - 0:3