Güləşçilərimizin rəqibləri bilindi

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində güləş üzrə dünya çempionatı davam edir.

Sportline.az xəbər verir ki, sabah sərbəst güləş üzrə 70, 74, 92 və 125 kq-da mübarizə başlanacaq. Bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin rəqibləri müəyyənləşib.

70 kq

Təsnifat - Ağahüseyn Musafayev - Heydər Yavuz (Türkiyə)

74 kq

Təsnifat - Hacımurad Hacıyev - Kumar Suşil (Hindistan)

92 kq

1/8 final - Şamil Zubairov - Süleyman Qaradəniz (Türkiyə)

125 kq

Təsnifat - Cəmaləddin Məhəmmədov - Vitali Piaşniak (Belarus)