Güləşçimiz Avropa çempionu oldu
Azərbaycanın qadın güləşçisi Birgül Soltanova İtaliyanın paytaxtı Romada keçirilən U-20 Avropa çempionatının qalibi olub.
Sportline.az xəbər verir ki, 62 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda almaniyalı Luisa Şellə üz-üzə gəlib. Rəqibini 4:3 hesabıyla məğlub edən Soltanova qitə birinciliyinin qızıl medalını qazanıb.
Bu, Azərbaycan qadın güləşçilərinin AÇ-də üçüncü medalı olub. Daha əvvəl Elnurə Məmmədova (55 kq) qızıl, Əsmər Canqurtaran (50 kq) bürünc mükafata yiyələnib.