Güləşçimiz dünya çempionatının yarımfinalında

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən qadın güləşçi Elis Manolova 1/4 final görüşünü keçirib.

Sportline.az xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan təcrübəli idmançının rəqibi türkiyəli Kadriye Aksoy olub. 

Görüşü vaxtından əvvəl qələbə ilə başa vuran Manolova yarımfinala yüksəlib - 5:0. O, yarımfinalda rusiyalı  İnna Trajukova ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə 14:45-də başlayacaq.