Güləşçimiz erməniyə qalib gəldi

Yunan-Roma güləşçimiz İslam Abbasov Buxarestdə keçirilən Avropa çempionatında erməni rəqibini üstələyib.

Sportline.az xəbər verir ki, 87 kq çəki dərəcəsində yarışan 23 yaşlı idmançı 1/4 finalda dünya çempionu və son qitə çempionatının qalibi Maksim Manukyanı məğlub edib - 6:1.

O, ilk hissədə rəqibi üzərində 4:1 hesablı qələbə qazanıb. İkinci hissədə daha 2 xalla növbəti mərhələyə adlayıb. 

Daha əvvəl Avropa çempionatının qalibi olan sərbəst güləşçilərdən Hacı Əliyev (65 kq) ermənistanlı Vazgen Tevanyana, gümüş medal qazanan Ağahüseyn Mustafayev (70 kq) isə David Safaryana qalib gəlib.

Qeyd edək ki, bu gün Azərbaycanın digər yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq), Elvin Mürsəliyev (77 kq) və Sabah Şəriəti (130 kq) mübarizəyə qoşulub.