Gündoğan sabiq klubuna qayıdır

"Barselona"nın yarımmüdafiəçisi İlkay Gündoğan "Mançester Siti"yə qayıdacaq.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 33 yaşlı futbolçu "şəhərlilər"lə 2025-ci ilə qədər razılıq əldə edib. Qvardiola da İlkayın qayıtmasına razılıq verib.

Mənbənin xəbərinə görə "Barselona" ilə 2026-ci ilə qədər müqaviləsi olan futbolçu İngiltərə klubuna pulsuz keçəcək.

Almaniya futbolçu 2016-2023-cü illərdə də Mançester klubunun formasını geyinib.O, burada 14 kubok qazanıb.

Qeyd edək ki, İlkay ötən mövsüm katalonların heyətində 51 oyunda 5 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.