"Güvən" İdman Klubu fəaliyyətə başladı
Azərbaycanda kikboks idman növünün inkişafı üçün bir sıra addımlar atılır.
Bakusport.az xəbər verir ki, belə nümunələrdən biri də "Güvən" İdman Klubunun fəaliyyətə başlamasıdır.
Klubun açılış mərasimindən əvvəl republikamızın dövlət himni səslənib və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Ardınca Azərbaycan Kikboksinq Federasiyasının 1-ci vitse-prezidenti Ramal Aslanov, yeniyetmə və gənclərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Hikmət Hacıyev, "Güvən" İdman Klubunun rəhbəri Muxtar Məmmədov çıxış edərək bu addımı yüksək qiymətləndirib.
Daha sonra idmançılar məşqçilərin rəhbərliyi altında yeni istifadəyə verilən zalda ilk məşqlərini keçiblər.
Qeyd edək ki, idmançılar bu yeni idman klubunda qarşıdakı yarışlara hazırlaşacaqlar.