Haaland millidə növbəti məhsuldarlığı ilə diqqət çəkir
Norveç millisinin ulduz hücumçusu Erlinq Haaland beynəlxalq arenada nümayiş etdirdiyi qol statistikası ilə futbol dünyasını heyrətləndirməyə davam edir.
Sportline.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı forvard indiyədək Norveç millisinin heyətində keçirdiyi 54 oyunda 62 qol vurub. Müqayisə üçün, Fransa millisinin lideri Kilian Mbappe 103 qarşılaşmada 63 dəfə rəqib qapılarına yol tapıb.
Bu göstərici Haalandın millidə hər oyuna düşən qol ortalamasının nə qədər yüksək olduğunu bir daha sübut edir və onu beynəlxalq futbolun ən məhsuldar hücumçularından birinə çevirir.