Haaland millinin düşərgəsini niyə tərk etdi?

"Mançester Siti"nin futbolçusu Erlinq Haaland zədə səbəbindən Norveç millisinin düşərgəsini tərk edib. 

Sportline.az xəbər verir ki, bu barədə Norveç Futbol Federasiyasının saytı məlumat yayıb. O, İngiltərə kubokunda "Bernli" ilə oyundan (6:0) sonra qasıq nahiyəsində ağrı hiss edib. Norveç millisinin tibbi heyəti lazımi müayinələrdən sonra futbolçunu klubun düşərgəsinə buraxmaq qərarına gəlib. 

Haaland millinin Avro-2024-ün seçmə mərhələsində İspaniya və Gürcüstana qarşı oyunlarını buraxacaq. 

Banner