Haalanda illik 24 milyon avro

"Mançester Siti"nin futbolçusu Erlinq Haaland yeni sponsorluq müqaviləsi bağlayıb.

Sportline.az xəbər verir ki, 22 yaşlı hücumçu "Nike" ilə ötən ilin sonlarında başa çatan sözləşməsini bu ay yeniləyib.

Bildirilir ki, norveçli forvard bu əməkdaşlıqdan illik 24 milyon dollar qazanacaq.

Maraqlıdır ki, Amerika şirkəti ilə futbolçu arasında əməkdaşlıq onun 14 yaşından davam edir.

Banner