Haalandın "Real Madrid" planı

"Mançester Siti"nin ulduz futbolçusu Erlinq Haaland mövsümün sonunda komandası Çempionlar Liqasına vəsiqə qazana bilməsə, ayrılacağını açıqlayıb.

Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, norveçli futbolçu "Real Madrid"ə transfer olmaq istəyir. 

24 yaşlı forvardın transfer dəyəri 200 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Halaandın "Mançester Siti" ilə müqaviləsi 2034-cü ilin iyun ayına qədər nəzərdə tutulub.

Bu mövsüm çıxış etdiyi 39 matçda 29 qol vuran hecumçu 4 məhsuldar ötürmə müəllifi də olub.