Hacı Əliyev 3-cü dəfə Avropa çempionu oldu

Sərbəst güləş üzrə komandamızın digər üzvü Hacı Əliyev də Avropa çempionu olub.

Sportline.az xəbər verir ki, 3 qat dünya çempionumuz Rumıniyanın paytaxtı Buxarestdə Avropa çempionatında qızıl medal qazanıb. 65 kq çəki dərəcəsindəki təmsilçimiz ardıcıl olaraq Belarus, Ermənistan, Rusiya, Moldova və Türkiyə idmançısına qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Hacı Əliyev bunadək 2014 və 2018-ci illərdə də Avropa çempionu olub.

Komandamızın daha bir üzvü Mahir Əmiraslanov (57 kq) isə bolqarıstanlı Georgi Valentinov Vangelovu məğlub edərək bürünc medal qazanıb.

Digər sərbəst güləşimiz Cəbrayıl Həsənov (79 kq) rəqibi zədə səbəbindən final görüşünə çıxmadığı üçün Avropa çempionu olub.

Bu gün Azərbaycanın daha idmançısı Ağahüseyn Mustafayev (70 kq) finalda mübarizə aparıb. Türkiyəli Mustafa Kaya ilə üz-üzə gələn Mustafayev məğlub olaraq gümüş mükafatla kifayətlənib.

97 kq-dakı təmilçimiz Nurməhəmməd Hacıyev isə bürünc medal uğrunda görüşdə Makedoniya güləşçisi Məhəmmədhacı Nurovdan üstün olaraq fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.