Hacı Əliyev ermənini məğlub edib bürünc medal qazandı

Riqada güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir. SportLine.az xəbər verir ki, yarışın 3-cü günündə təmsilçilərimiz daha bir medal qazanıblar.

61 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Hacı Əliyev erməni Valodya Franqulyanı məğlub edərək bürünc medala sahib çıxıb.

74 kq-da yarışan Cəbrayıl Həsənov isə bir qədər sonra final görüşünə çıxacaq. Onun rəqibi türkiyəli  Soner Demirtaş olacaq.

Xatırladaq ki, seçməmizin aktivində 1 qızıl, 1 gümüş və 2 bürünc medal var.