Hacı Əliyevdən çempionluq şərhi

Rumıniyanın paytaxtı Buxarestdə Avropa çempionatında uğurla çıxış edən sərbəst güləş komandamız vətənə dönüb.

Sportline.az saytına müsahibə verən Hacı Əliyev çempionluğu belə şərh edib.

“Ən güclü rəqiblər mənim səbətimdə idi. Xüsusən də erməni güləşçi üzərində qələbəmi qeyd etmək istərdim. Ümumiyyətlə, bütün komanda yaxşı çıxış elədi. Çünki yarışa tam hazır idik. Ağahüseyn Mustafayev neçə illərdi bu medalın həsrətindəydi. Nəhayət ki, böyüklər arasında Avropa çempionatında da sözünü dedi. Bu yarış apreldə keçirildiyindən qələbəmi şəhidlərimizə və onların valideynlərinə həsr edirəm".

Xatırladaq ki, Hacı Əliyevlə yanaşı Şərif Şərifov və Cəbrayıl Həsənov da Avropa çempionu olub. Ağahüseyn Mustafayev gümüş medal qazandığı halda, Nurməhəmməd Hacıyevlə Mahir Əmiraslanov bürünc mükafatla kifayətlənib.