Hacı Əliyevə qalib gələn rusiyalı güləşçi dopinqə görə cəzalanıb

Rusiyalı sərbəst güləşçi Aleksandr Boqomoyev (61 kq) 4 il müddətinə yarışlardan diskvalifikasiya olunub.

Sportline.az Rusiya Antidopinq Agentliyinin (RUSADA) rəsmi saytına istinadən xəbər verir ki, buna Avropa çempionunun antidopinq qaydalarını pozması səbəb olub.

Orqanizmində qadağan olunmuş meldonium maddəsi aşkarlanan 33 yaşlı idmançının cəza müddəti 2020-ci il dekabrın 4-dən hesablanır.

Qeyd edək ki, Aleksandr Boqomoyev 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarının qalibi olub. O, yarımfinalda Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyevi məğlub edib. Meldonium 2016-cı il yanvarın 1-dən Ümumdünya Antidopinq Agentliyinin (WADA) qadağan olunmuş maddələr siyahısına salınıb.