Haci “Qalatasaray”a keçir?

“Alanyaspor”un üzvü olan Yanis Haci ilə bağlı transfer xəbərləri yenidən aktuallaşıb.

Sportline.az xəbər verir ki, “Qalatasaray” mövsüm başa çatdıqdan sonra futbolçunu heyətinə cəlb etməyi planlaşdırır.

“Sarı-qırmızılılar” artıq oyunçunun durumunu diqqətlə izləyir və yay transfer dönəmində rəsmi addımlar atmağa hazırlaşır.

Yanis 2027-ci ilin 30 iyun tarixinə qədər “Alanyaspor”la müqaviləyə malikdir.

Klub rəhbərliyinin yaxın vaxtlarda bu məsələ ilə bağlı müzakirələrə start verəcəyi ehtimal olunur.